İsa Həbibbəyli də qalmaqallı toyda iştirak edib? - AMEA açıqlama yaydı

ÖLKƏ
12:02 / 25.08.2020
1281

Azərbaycan Milli Elmlər Akademiyası qurumun birinci vitse-prezidenti İsa Həbibbəyli ilə bağlı açıqlama yayıb.

HİT.Az xəbər verir ki, məlumatda deyilir:

“Sosial şəbəkələrdə AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəylinin məlum toy məclisində iştirak etməsi barədə yayılan məlumatlar reallığı əks etdirmir.

Akademik İsa Həbibbəyli 18 avqust 2020-ci il tarixdə saat 13-də Bakıdan-Naxçıvana uçan təyyarə reysi ilə Naxçıvana gedib, həmin axşam Şərur rayonunun Danyeri kəndində ata ocağında olub. Məzuniyyət dövrünə aid olduğu üçün 24 avqustadək Naxçıvanda qalıb”.

0