Şoyqu artıq Bakıdadır

ÖLKƏ
13:40 / 25.08.2020
823

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Azərbaycana işgüzar səfərə gəlib.

Rusiya Müdafiə Nazirliyindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, S. Şoyqunun səfərinin məqsədi “Ordu Oyunları-2020”nin Dəniz kuboku” müsabiqəsinin açılış mərasimində iştirak etməkdir.

Rusiya MN-in məlumatında Şoyqunun səfər çərçivəsində Müdafiə naziri Zakir Həsənovla görüşəcəyi və Prezident İlham Əliyev tərəfindən qəbul olunacağı qeyd olunub.

1