Azərbaycanın daha bir şəhər və bir rayonunda sərt karantin rejimi tətbiq ediləcək

ÖLKƏ
14:15 / 25.08.2020
5297

Sentyabrın 1-dən Şirvan şəhərində və Hacıqabul rayonunda da sərtləşdirilmiş karantin rejiminin tətbiq ediləcəyi gözlənilir.

Pravda.az-ın əldə etdiyi məlumata görə, buna səbəb həmin şəhər və rayonda koronavirusa yoluxanların sayının artmasıdır.

Sərtləşdirilmiş karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar müvafiq göstərişlərin verildiyi bildirilir.

7