Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının tərkibində bir müddət əvvəl dəyişiklik olub.
Modern.az-ın məlumatına görə, qurumun Prezident və Milli Məclis tərəfindən təyin olunan üzvləri dəyişsə də, Konstitusiya Məhkəməsi hələ ki bunu etməyib.
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası 3 mart 2004-ci il tarixində yaradılıb. Qurum korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını həyata keçirir.
Komissiya 15 nəfər üzvdən ibarətdir. Qurumun 5 üzvü Prezident tərəfindən, 5 üzvü Milli Məclis tərəfindən, 5 üzvü isə Konstitusiya Məhkəməsi tərəfindən təyin edilir.
Qeyd etdiyimiz kimi, Prezident və Milli Məclis tərəfindən təyin olunan Komissiya üzvləri dəyişsə də, Konstitusiya Məhkəməsi dəyişiklik etməyib.
Hazırda Konstitusiya Məhkəməsi tərəfindən təyin olunmuş üzvlər arasında sabiq Baş prokuror Zakir Qaralov da qalır.
Komissiyanın fəaliyyətinə rəhbərliyi və işinin təşkilini Komissiyanın sədri həyata keçirir.
Komissiyanın iclasları mütəmadi olaraq, lakin üç ayda bir dəfədən az olmayaraq keçirilir.
Prezident tərəfindən təyin olunmuş Komissiya üzvləri:
Samir Nuriyev Komissiyanın sədri, Prezident Administrasiyasının rəhbəri
Vilayət Eyvazov - Daxili işlər naziri
Şahin Əliyev – Prezident Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri
Fuad Ələsgərov - Prezidentin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi – şöbə müdiri
Əli Nağıyev - Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
Milli Məclis tərəfindən təyin olunmuş Komissiya üzvləri:
Adil Əliyev - Milli Məclisi Sədrinin müavini
Əminə Ağazadə - Milli Məclisin deputatı
Elşad Mirbəşir oğlu - Milli Məclisin deputatı
Arzu Nağıyev - Milli Məclisin deputatı
Səfa Mirzəyev - Milli Məclis Aparatının rəhbəri
Konstitusiya Məhkəməsi tərəfindən təyin olunmuş Komissiya üzvləri:
Fərhad Abdullayev - Konstitusiya Məhkəməsinin sədri
Fikrət Məmmədov - Ədliyyə naziri
Zakir Qaralov - Sabiq Baş prokuror
Ramiz Rzayev - Ali Məhkəmənin sədri
Anar Bağırov - Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri.