Yerli sığorta şirkətinə yeni rəhbər təyin olundu

ÖLKƏ
10:32 / 26.08.2020
859

“Azərbaycan Sənaye Sığorta” ASC-nin Direktorlar Şurasına yeni sədr təyin edilib.

“MediaPost”un əldə etdiyi məlumata görə, Şuranın yeni sədri Rafiq Vəli oğlu Şahverdiyev olub. Daha əvvəl isə bu vəzifədə koronavirusdan dünyasını dəyişən Doğan Niyazi oğlu Tandoğan idi.

Xatırladaq ki, ASS 2008-ci ildə yaradılıb. Şirkət 1996-cı ildən sığorta bazarına daxil olmuş “Cİ Sığorta” MMC-nin hüquqi varisidir. Onun nizamanmə kapitalı 11 mln. manatdır. Şirkətin səhmlərinin 75%-i “Anadolu İnvestment Company” MMC-yə, 25%-i isə “Azərbaycan Sənaye Bankı” ASC-yə məxsusdur.

0