Bakı-Quba-Rusiya avtomagistralın 30 km hissəsi artıq hazırdır. Ödənişli yol əvvəlki yoldan fərqli olaraq 50 km qısaldılıb. Sürücülər yeni magistral avtomobil yoldan istifadə üçün nə qədər ödəməlidir? Bununla bağlı hər hansı tarif müəyyən edilibmi?
Xızı rayonun Yaşma və Giləzi qəsəbələri arasında yerləşən ödənişli avtomagistralında layihə üzrə nəzərdə tutulmuş körpülərin, tunellərin və suötürücü boruların tikintisi və kommunikasiya işləri də tamamlanıb.
Yolun əsas üstünlüklərindən biri odur ki, bu yoldan hərəkət edənlər heç bir yaşayış məntəqəsini görmür. Belə ki, Bakıdan start götürən sürücü Rusiyaya kimi rahat və təhlükəsiz saatda 120 km sürətlə hərəkət edir. Sadəcə sürücülər bu yoldan istifadə üçün xüsusi kart əldə edərək, balansını artıracaq və yolda hərəkətini davam etdirəcək.
Rusiyaya aparan ödənişlin yolun birinci mətəqəsində işlər artıq yekunlaşıb. Birinci məntəqə 4 keçiddən ibarətdir. Keçidlərdən biri xüsusi xidmət avtomobillərə aid olan keçiddir.
İkinci keçid isə sürətli keçid adlanır. Buradan isə yalnız o avtomobillər hərəkət etmiş olacaq ki, onlar bu keçiddə dayanmadan düz 5-ci məntəqəyə qədər yolu dəf etməli olacaq. Onların kart balansından pul isə sonuncu keçiddə çıxılacaq. Digər keçidlər isə adi keçidlər sayılır.
Bu yoldan istifadə edən sürücülər avtomobilinin alın şüşəsinə Cipli kart yapışdıracaq. Keçidlərdə quraşdırılan avadanlığın içərsindəki xüsusi sistem buradan hərəkət edən həmin nəqilyyat vasitəsini dərhal tanıyacaq.
Yol, turizm və kənd təsərüfatı üçün də əlverişli zəmin yaradacaq.
Anar Nəcəfli - AYDA-nın mətbuat katibi: "Yeni avtomobilin tikilməsi ölkədə nəqliyyatın daha da yaxşılaşdırılması ilə yanaşı bölgədə turizmin inkişafına təkan verəcək və dəhlizlə yük daşınmasına əsas rol oynayaraq ölkənin iqtisadi maraqlarına uyğun yüklərin, o cümlədən tranzit yüklərin daha geniş cəlb olunmasına, yük həcminin çoxalmasına və gəlirlərin artmasına, ölkəmizin nəqliyyat infrastrukturunun inkaşafına, yeni iş yerlərinin açılmasına, öz növbəsində bir çox sosial problemlərin həllinə də şərait yaradacaq".
Yeni magistral avtomobil yolundan istifadə üçün hələ ki, konkret tarif müəyyən edilməyib. Bununla bağlı təkliflər artıq Nazirlər Kabinetinə göndərilib.
Qeyd edək ki, Bakı-Quba-Rusiya ödənişli avtomagistralın ümumi uzunluğu 150 km olacaq. Layihədə tikinti işləri 5 hissə üzrə aparılır. Digər işlərin bu ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.