BNA və DYP eyni xətaya görə 7 saniyə fərqlə cərimə yazdı

ÖLKƏ
17:09 / 26.08.2020
1113

Avtomobil sahibi Fərid Cahangirov qəribə cərimələrlə üzləşib.

"Report" xəbər verir ki, F.Cahangirov bu barədə sosial şəbəkələrdə paylaşım edib.

Belə ki, metronun "28 may" stansiyası yaxınlığında dayanma-durma qaydalarını pozan sürücüyə iki qurum - Bakı Nəqliyyat Agentliyi (BNA) və Dövlət Yol  Polisi (DYP) tərəfindən eyni cərimə yazılıb.

Lakin maraqlıdır ki, cərimələrin tətbiq olunma vaxtları arasında cəmi 7 saniyə fərq var. BNA cəriməni 16:45:27-ci saniyədə, DYP isə 16:45:34-ci saniyədə yazıb.

Vətəndaş bir xətaya görə ikiqat cərimələnməsindən şikayətçidir.

Fotoları təqdim edirik.

1