Güclü sel Oğuzda elektrik dirəyini yuyub apardı, meşəni su basdı - VİDEO

ÖLKƏ
17:27 / 26.08.2020
1151

Oğuzda sel nəticəsində Xalxalqışlaq çayının sahilindəki 10 kilovoltluq elektrik dirəyinin özülü yuyulub, yaxınlıqdakı meşəni su basıb.

Baku TV-nin məlumatın görə, Xalxalqışlaq çayında görülən tədbirlərdən sonra kənd əhalisinin istifadə etdiyi yolda gediş-gəliş bərpa edilib. 

Ağır texnikanın köməyilə çay yatağına dolmuş qum, çınqıl kütləsi təmizlənib.

İki gün aramsız yağan güclü yağışlar nəticəsində ən çox sel təhlükəsi hesab olunan Qala çayından da sel keçib. Bu çayın məcrası dolaraq altı metr hündürlüyündə olan bəndləri lil qatı altında qoyub. Hazırda selin yaratdığı fəsadlar aradan qaldırılır.

Çayın sağ və sol sahilində yerləşən kəndlərin örüş, əkin sahələrinin və kənd yaşayış massivinin qorunması üçün tədbirlər davam etdirilir. Aidiyyəti qurumlar son günlər gücləndirilmiş iş rejiminə keçib.

 

0