Yeni nazir müavini karantin qaydalarını pozdu - FOTO

ÖLKƏ
12:58 / 27.08.2020
4859

Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı Ofisinin koordinatoru Teoman Tiryaki ilə görüşüb.
"BakuPost" xəbər verir ki, abidələrin bərpasına yeni yanaşmalar, mədəni irsin mühafizəsi, mədəniyyət və tarixi abidələrinin bərpası və konservasiyası sahəsində əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsinin aparıldığı görüşdə karantin qaydaları pozulub.


Fotodan da aydın görünür ki, həm Anar Kərimov, həm də qonaqlar maska taxmayıblar. Bundan əlavə, sosial məsafə də gözlənilməyib.

Həmin fotonu təqdim edirik:

Mədəniyyət Nazirliyindən "BakuPost"a bildirlib ki, görüş zamanı maskadan istifadə edilib:

"Sadəcə, şəkil çəkiləndə görüşən şəxslərin kimliyi tam görünsün deyə, maska çıxardılıb. Foto çəkiləndən sonra maska taxıb, müzakirəyə davam ediblər".

4