Karantin rejimi yenidən uzadılır - İDDİA

ÖLKƏ
13:10 / 27.08.2020
1724

Azərbaycanda karantin rejimi yenidən uzadılacaq.

"BakuPost"un əldə etdiyi məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah mövcud sanitar-epidemioloji vəziyyətin təhlilindən sonra bu qərara gəlib.

Ancaq vəziyyətdən asılı olaraq və ciddi nəzarət mexanizmi tətbiq edilməklə qadağaların tətbiq olunduğu bir sıra sahələrdə – tədris, repetitor xidmətləri və s. məhdudiyyətlərin aradan qaldırılacağı gözlənilir.

Qeyd edək ki, mövcud karantin rejimi avqustun 31-də başa çatır.

1