Azərbaycanda bu şəhərə giriş-çıxış bağlanır? - Virus sürətlə yayılır...

ÖLKƏ
15:44 / 27.08.2020
1411

Son günlər Şirvan şəhərində koronavirusa yoluxma faktlarının intensivliyinin artmasının tibb müəssisələrindən qaynaqlandığı müəyyən edilib. Bu məqsədlə, Şirvan şəhərinə monitorinq məqsədi ilə TƏBİB-in işçi qrupu ezam olunub və bir sıra qüsurlar aşkarlanıb.

HİT.Az xəbər verir ki, Şirvan Şəhər İcra hakimiyyətinin nümayəndəsi Elmira Ağayeva Redaktor.az-a şəhərdə yoluxma faktlarının armasını təsdiqləyib:

"Aran zonasında olan xəstəxanalar karonavirus xəstələri üçün ayrıldığına görə, orada olan digər xəstələr Şirvan şəhərinə gətirildi. Həmin xəstələr gəlməzdən əvvəl Şirvan şəhərində bir nəfər də olsa virusa yoluxan olmamışdı. Onların gəlişindən sonra Şirvanda virusa yoluxanlar oldu. Bu səbəbdən zəruri izolyasiya və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi məqsədilə Şirvan Şəhər Mərkəzi Xəstəxanası, eləcə də Şirvan Şəhər Müalicə-Diaqnostika Mərkəzinə xəstə qəbulu müvəqqəti olaraq dayandırılacaq, - deyə o bildirib.

Qeyd edək ki, TƏBİB-in yaydığı məlumata görə, Şirvan şəhərində indiyədək əldə olunmuş təcrübə nəzərə alınaraq, bütövlükdə şəhərin deyil, yoluxma mənbəyinin lokal qapanması barədə qərar qəbul edilib.

0