Bakının bəzi əraziləri işıqsız qalıb - SƏBƏB

ÖLKƏ
12:54 / 28.08.2020
739

Bu gün Bakının bəzi ərazilərədndə elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Belə ki, Bakı şəhərinin Nəsimi rayonu, Namiq Məlikov küçəsində səhər saatlarından elektirik enerjisinin təchizatı dayandırılıb. Ərazi sakinlərinin redaksiyamıza müraciəti əsasında problemin səbəbləri və elekrik təchizatının nə zaman pərpa olunacağı ilə bağlı “Azərişıq” ASC- nin mətbuat xidməti ilə əlaqə saxladıq.

“Azərişıq” ASC- nin mətbuat xidmətindən verilən məlumatda bildirildi ki, elektrik təchizatının dayandırılması işıq xətlərindəki problemlə bağlı olub: “Elektrik enerjisinin təchizatının müvəqqəti dayandırılması Nərimanov rayonu istiqamətindən gələn elektrik xəttindəki problemlə bağlıdır. Təxminən 15 dəqiqəyə əraziyə elektrik enerjisinin verilməsi bərpa olunacaq”.

Bundan başqa Yeni Ramana qəsəbəsi Bunyadzadə küçəsində də elektrik enerjisi təminatında problem yaranıb.
 

0
Cebhe.info