Cəlilabad rayonunda zəlzələ olub.
HİT.Az Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, saat 11:05-də Cəlilabad stansiyasından 8 km cənubda, Cəlilabad rayonunda zəlzələ qeydə alınıb.
Zəlzələnin maqnitudası 3.5, dərinliyi 29 km olub.
Yeraltı təkanlar episentrdə 3 bala qədər hiss edilib.