Ukrayna Azərbaycan Ordusunun arsenalındakı “Kolçuqa” komplekslərini təmir və modernləşdirib.
HİT.Az Modern.az-a istinadla xəbər verir ki, “Kolçuqa” avtomatlaşdırılmış radiotexniki kəşfiyyat sistemidir.
Passiv radiolokasiya stansiyası 600 kilometr məsafəyə qədər yerüstü hədəfləri müəyyən etməyə və izləməyə imkan verir. “Kolçuqa” sistemləri həmçinin, 10 kilometr hündürlükdəki hədəfləri də müəyyən etmək qabiliyyətinə malikdir.
Akitv şüalanması olmadığı üçün “Kolçuqa” sistemlərinin düşmənin radioelektron mübarizə vasitələri tərəfindən aşkar olunması ehtimalı çox aşağıdır.