Adam öldürüb, Azərbaycana qaçan Cevat Kopar tutuldu - FOTO

ÖLKƏ
18:00 / 28.08.2020
730

Üç ildir axtarışda olan Türkiyə vətəndaşı Azərbaycanda tutulub.

“MediaPost”un Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, qətldə günahlandırılan Cevat Koparır İnterpol xətti ilə saxlanılıb.

O, artıq Türkiyəyə aparılaraq məhkəmənin hökmü ilə həbs edilib. 

Qeyd edək ki, 30 avqust 2017-ci ildə gecə saatlarında Muğlanın Menteşe rayonunda kafelərdən birində baş verən insident zamanı müştəri Cevat Koparır kafenin işçisi Murat Ekicini ürəyindən bıçaqlayaraq öldürüb.

C. Koparır qətli törədəndən sonra ölkədən qaçıb. O, həmin vaxtdan axtarışda olub. 

0