Regionlardakı hotellərin fəaliyyətinin bərpası bilavasitə rayonlara gediş-gəliş açıldıqdan sonra müzakirə edilə bilər.
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, rayonlara gediş-gəlişin açılması ilə bağlı konkret qərar yoxdur:
“Bununla bağlı regionlarda hotellərin açılması sanitar-epidemioloji vəziyyət nəzərə alınmaqla müzakirə edilə bilər. Amma bu, sonrakı mərhələdir. Bu istiqamətdə də müəyyən müzakirələrin aparılmasına ehtiyac var”.