2020/2021-ci tədris ilində peşə təhsili müəssisələrində qısamüddətli kurslar üzrə dərslər oktyabrın 1-dən başlayacaq.
HİT.Az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə” qərarında öz əksini tapıb.
Qərara əsasən peşə təhsilinin bütün səviyyələri üzrə dərslərə isə oktyabrın 15-də start veriləcək.