Hikmət Hacıyev Ramiz Mehdiyevin nəvəsinin toyundan danışdı

15:44 / 29.08.2020
2133

"Qanun qarşısında hamı bərabərdir. Azərbaycan Respublikasında qanunun aliliyi təmin olunur. Qanunun aliliyinin qarantı da Azərbaycan Respublikasının Prezidentidir".

HİT.Az xəbər verir ki, bu sözləri News24.az-a açıqlamasında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin karantin rejimində nəvəsinin toy mərasiminin keçirilməsi ilə bağlı məsələyə münasibətində bildirib.

0