Xəbər verdiyimiz kimi, Azərbaycan ərazisində tətbiq olunan xüsusi karantin rejiminin 2020-ci il 30 sentyabr saat 00:00-dək uzadılması qərara alınıb.
Qərara əsasən, xüsusi karantin rejiminin qaydalarına riayət etməklə və 10 nəfərədək qruplarda fərdi tədris və repetitor xidmətlərinə icazə verilir.
Maraqlıdır, bu qərar kurslara da şamil olunurmu? Kurslar da eyni qayda ilə fəaliyyətə başlaya biləcəkmi?
Bu barədə Cebhe.info-ya açıqlamasında təhsil sahəsi üzrə ekspert Kamran Əsədov bildirib ki, Azərbaycan təhsil sistemində ayrıca olaraq hazırlıq kursu ifadəsi olmadığından bu gün verilən qərar birbaşa kurslara da aid edilir:
"Qərar kursların da fəaliyyət göstərməsinə birbaşa olaraq şamil edilir. Məsələ burasındadır ki, Azərbaycan təhsil sistemində ayrıca olaraq hazırlıq kursu və yaxud tədris mərkəzləri ifadəsi yoxdur. Bunlar biznes subyektidir. Əvvəlki qərarlara baxaq. Heç bir qərarda qeyd edilməmişdi ki, hazırlıq kurslarının və yaxud tədris mərkəzlərinin fəaliyyəti məhdudlaşdırılır. Yazılmışdı ki, repetitor və fərdi təhsil qadağan edilir. Ona görə də bugünkü qərar kurslara da aiddir".