Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində iştirak edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Azərbaycanda karantin rejimində bağçaların fəaliyyəti ilə bağlı suala cavab verib.
HİT.Az xəbər verir ki, icra başçısı yaxın perspektivdə bağçaların açılmasının gözlənilmədiyini bildirib: "Mütəxəssislər nə qərar qəbul etsə, bununla bağlı yekun məsələ ictimaiyyətə açıqlanacaq".