Xəstəxanaya yerləşdirilən partiya sədrindən xəbər var

ÖLKƏ
12:31 / 31.08.2020
915

Bir neçə gün bundan əvvəl əməliyyat olunan Azərbaycan Liberal Partiyasının lideri, professor Lalə Şövkətin səhhəti yaxşılaşmağa doğru gedir.

Bu barədə “Qafqazinfo” onun oğlu Sidqi Şövkət məlumat verib. O bildirib ki, hazırda anası xəstəxana şəraitində müalicəsinə davam edir: “ Xəstəxanadan evə nə zaman buraxılacağı hələ bilinmir. Vəziyyəti isə əməliyyatın ağırılığına görə adekvat şəkildə dəyişir”.

Qeyd edək ki, L. Şövkət yoğun bağırsağında yaranmış şişə görə əməliyyat olunub.

1