“Mənə deyirdilər ki, küçədə gəzən bəzi insanlar koronavirusun mövcudluğuna inanmır”.
HİT.Az xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
O, təəssüflə bildirib ki, bunu deyənlər arasında savadlı insanlar da var:
"Mən son iki gün ərzində Bakının bütün rayon icra başçıları ilə birgə marifləndirmə tədbirləri keçirmək üçün küçəbəküçə gəzirik. Çox təssüf ki, bəzi insanlar mənə də koronavirusa inamadıqlarını deyirlər. Onlar bunu “oyun” adlandırırlar. Amma bu, necə “oyun”dur ki, bütün dünyada sərhədlər bağlanıb, insanlar evdən çölə çıxmır, bu xəstəlikdən milyonlarla insan xəstəxanaya yerləşdirilir. Belə oyun olar? Özümüz inanmırıqsa belə, cəmiyyətə görə bu qaydalara əməl etməliyik”.