Taksi fəaliyyətinin tənzimlənməsində cari vəziyyət və inkişaf perspektivləri mövzusunda video-konfrans formatında görüş keçirilib. Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü ilə keçirilən görüşdə İqtisadiyyat, Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndələri, Azərbaycan Texniki Universitetinin mütəxəssisləri, vətəndaş cəmiyyətinin təmsilçiləri və ekspertlər iştirak edib.
HİT.Az-a daxil olan məlumata görə, görüşdə Bakı Nəqliyyat Agentliyinin taksi fəaliyyətinin tənzimlənməsi və nəzarət mexanizmlərinin yaradılması məqsədilə hazırladığı konsepsiya müzakirə olunub.
Konsepsiyada vahid dispetçer mərkəzinin yaradılması, tarif sisteminin və kvotanın tətbiqi kimi məsələlər öz əksini tapıb.