"Azərbaycanda qeyri-iş günü elan edilmiş 8 gün (23-30 may) ərzində hər hansı məhdudiyyətin tətbiq olunması ilə bağlı qərar yoxdur. Bayram günlərində vətəndaşlara tövsiyə verə bilərik ki, maksimum dərəcədə evdə qalınsın".
HİT.Azxəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Hökumət rəsmisi idman zallarının açılmaması məsələsinə də aydınlıq gətirilib: :"Bütün yerlər eyni vaxtda açıla bilməz: "Mərhələli şəkildə yumşalma olmalıdır. İdman zalları qapalı yerlərdir. Orada insanlar aktiv idmanla məşğul olur. Belə şəraitdə tənəffüs tezləşir və maskada idman etmək çətin olur. İdman zallarında ortaq vasitələrdən də istifadə olunur ki, bununla virus yayıla bilər".