Bulvar ərazisindən 4 attraksion götürülüb, 4 iaşə obyekti bağlanıb.
HİT.Az xəbər verir ki, bunu Dənizkənarı Bulvar İdarəsinin rəisi İlqar Mustafayev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib:
"Şübhəsiz ki, boş yerlər karantin rejimi bitdikdən sonra əvəz olunacaq. Eyni zamanda, iaşə obyektlərində gigiyena qaydalarına riayət etməlidir. Ofisiantlara da bu barədə tapşırıqlar verilib"