Əli Həsənova cinayət işi açılıb – İDDİA

ÖLKƏ
09:04 / 01.09.2020
2605

"Vüqar Səfərlinin və bir sıra jurnalistlərin, sayt rəhbərlərinin, keçmiş dostlarının ifadələri əsasında Respublika Prokurorluğunda Azərbaycan prezidentinin keçmiş köməkçisi Əli Həsənova Azərbaycan Respublikası CM-nin 308.2 (vəzifə səlahiyyətlərində sui-istifadə etmə) və 308-1.1-ci (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) maddələrilə cinayət işi açıblar".

HİT.Az xəbər verir ki, bunu jurnalist Fikrət Hüseyinli qeyd edib.

O bildirib ki, Həsənovun Türkiyədə olduğu xəstəxanayla əlaqə yaradılıb, onun səhhətinin təyyarəyə minməsinə imkan verib-vermədiyi öyrənilib: 

"Həsənova deyilib ki, yaxın müddət də geri dönməsə, Türkiyədən harasa qaçmağa cəhd göstərsə, bildiyi kompramatları kənara ötürməyə çalışsa, haqqında beynəlxalq axtarış elan ediləcək. Qolu qandallı Azərbaycana gətiriləcək".

0