Məşhur polkovnik işdən çıxarıldı (AÇIQLAMA)

ÖLKƏ
11:39 / 10.05.2020
3234

Məşhur polkovnik, Ədliyyə Nazirliyi Gəncə regional idarəsinin rəisi Nizami Qocayev vəzifəsindən azad edilib.

Nazir Fikrət Məmmədovun əmrilə o, təqaüdə göndərilib. 2016-cı ildən Ədliyyə Nazirliyi sistemində çalışan N.Qocayev ondan əvvəl DİN-də yüksək cəzifələrdə çalışıb və polis polkovniki kimi məşhurdu.

O, DİN-in İstintaq İdarəsinin rəisi vəzifəsində çalışıb. 1999-cu ildə bir sıra ağır cinayətlərdə ittiham olunaraq, həbs edilib. Məhkəmə tərəfindən ona verilən cəzanın bir hissəsini çəkdikdən sonra 2002-ci ildə dövlət başçısı tərəfindən əfv olunub.

Bəraət aldıqdan sonra isə yenidən daxili işlər orqanlarına bərpa edilib. Sonradan İsmayıllı rayonunun polis rəisi vəzifəsində çalışıb.

Nizami Qocayev açıqlamasında təqaüdə göndərildiyini təsdiqlətib: “Burda nə var ki, artıq təqaüd yaşımdır”.

Polkovnik bundan sonrakı planlarından da danışıb: “45 il işlədim. Pensiya alıram. Daha bəsdi, bundan sonra istirahət edəcəm, sağlamlığımla məşğul olacam”.///BakuPost

0