“BakıKart”ın onlayn şəkildə yüklənməsi istiqamətində işlər aparılır.
HİT.Az-ın məlumatına bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib.
M.Ağayev qeyd edib ki, hazırda əsas məsələ daha çox avtobusun “BakıKart”a inteqrasiya olunmasını təmin etməkdir:
“Sonrakı mərhələdə kartların balansını onlayn artırmaq mümkün olacaq. Sadəcə pandemiya səbəbindən bu məsələlər gecikir”.