Masazır gölü buna görə qurudulurmuş... - EKOLOQ AÇIQLADI

ÖLKƏ
20:42 / 02.09.2020
1080

“Masazır gölünün qurudulması birinci dəfə deyil”.

Bunu Redaktor.az-a açıqlamasında ekoloq Telman Zeynalov bildirib. O, qeyd edib ki, Masazır gölü duzlu göldür:

“Dövlət ordan duz istehsal edir. Buna görə də, dövlət tərəfindən bu göl qurudulur. Göl quruduqca, yerin altından çıxan duzlar yığılır. Daha sonra göl yenidən su ilə doldurulur”.

Ekspertin sözlərinə görə, bu prosses ardıcıl olaraq davam edir:

“Bu gün bu məsələnin gündəmə gəlməsi ictiamiyyətə ötürülən yanlış informasiyalara görədir. Səbəbini öyrənmədən verilən məlumatlar ictimaiyyəti narahat edir”.

0