"Son günlər bəzi kütləvi informasiya vasitələrində Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimliyə istinadən parlamentin payız sessiyasında "uşaq pulu" məsələsinin müzakirəyə çıxarılacağına dair məlumatlar yayımlanıb".
HİT.Az bildirir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbər görə, məlumatda qeyd olunub ki, guya bir müddət öncə Milli Məclisin sədri Sahibə Qafarova "uşaq pulu"nun bərpasının müzakirəsi üçün parlamentdə işçi qrupun yaradılması barədə göstəriş verib: "Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi olaraq bildiririk ki, ictimaiyyətə təqdim edilən bu məlumat həqiqətə uyğun deyil və heç bir əsası yoxdur".