Təhsil naziri özünə yeni müşavir TƏYİN ETDİ

ÖLKƏ
10:02 / 03.09.2020
862

Kənan Kərimzadə Təhsil nazirinin müşaviri vəzifəsinə təyin olunub.

HİT.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. 

Qeyd edək ki, K.Kərimzadə 2010-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə və kredit ixtisası üzrə bakalavr dərəcəsi (fərqlənmə) əldə edib. O, 2017-2019-cu illərdə ABŞ-ın nüfuzlu CFA İnstitutunda investisiyaların idarəedilməsi sahəsində təhsil alıb və xartiyalı maliyyə təhlilçisi (CFA Charterholder) beynəlxalq akkreditasiyasına sahibdir.

2013-2016-cı illərdə “Capital Motors” MMC-də Maliyyə analizi üzrə mütəxəssis, 2016-2018-ci illərdə “PMD Group” MMC-də İnvestisiyalar üzrə baş mütəxəssis, rəhbər və departament menecerinin müavini, 2019-cu ildən isə “P.M.D” MMC-də Strateji planlaşdırma və Təhlil şöbəsinin müdiri vəzifəsində çalışıb. 


0