Avtobuslarda gediş haqqı artırılır? - BNA-dan açıqlama

ÖLKƏ
12:33 / 03.09.2020
1260

Avtobuslarda gediş haqqının artırılacağı ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil və əsassızdır.

Bunu Modern.az-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xdmətinin rəhbəri Mais Ağeyev bildirib.

BNA rəsmisi qeyd edib ki, ölkədə dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin), xidmət haqlarının dövlət tənzimlənməsini həyata keçirən kollegial icra hakimiyyəti orqanı - Azərbaycan Respublikasının Tarif Şurasıdır:


“Bakı şəhərində müntəzəm sərnişindaşıma sahəsində dövlət nəzarətini həyata keçirən qurum olaraq, Bakı Nəqliyyat Agentliyi tərəfindən qeyd edilən məsələ ilə bağlı Tarif Şurasına müraciət edilməyib və bu məsələ hazırda gündəmdə deyil. Bu gün gündəmdə duran əsas məsələ əhaliyə göstərilən ictimai nəqliyyat xidmətlərinin keyfiyyətini artırmaq, rahat və təhlükəsiz sərnişindaşımaların təşkilinə nail olmaqdır”.

Bu gün sosial şəbəkələrdə və bəzi KİV-lər Bakıda ictimai nəqliyyatda gediş haqqının 50 qəpiyə qaldırılacağı barədə xəbərlər yayılıb.

2