Avtobuslar niyə yanır? - VİDEO

19:58 / 04.09.2020
760

Hər gün ictimai nəqliyyatdan istifadə etməyə məcburuq. Nəqliyyatla bağlı sıxıntılarımız az deyil. Sıxlıq, gecikmə halları, avtobus çatışmazlığı və s. Bu gün isə tamam başqa məsələ bizi narahat edir.

Bu, bizim təhlükəsizliyimizlə bağlıdır. Avtobusların yanması və yanğınların qarşısının alınmasının mümkünsüzlüyü mövzusu, yəqin ki, hər kəsi narahat edən məsələdir.

Dünən səhər saatlarında "BakuBus" avtobuslarının birində yanğın olub. Xoşbəxtlikdən xəsarət alan olmayıb, amma bu hadisə avtobuslarda yanğın təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirdi. Avtobuslarda bu kimi halların yaşanmaması üçün nə kimi tədbirlər görülür? Bütün avtobuslar lazımi təhlükəsizlik avadanlıqları ilə təchiz edilirmi?

Baku.tv əməkdaşları bu mövzunu araşdırıb. Ətraflı, videonu təqdim edirik:

 

0