Astarada evlərə axan şəlalə - VİDEO

ÖLKƏ
20:53 / 04.09.2020
1088

Təssəvvür edin, həyətinizdən gözoxşayan yaşıllıqda gur sulu çay axır, evinizə isə saf, büllur kimi təmiz bulaq suyu gəlir. Paytaxtda yaşayanlar üçün bunu təsəvvür etmək çətin olsa da, Astaranın Sım kəndində yaşayanlar üçün bu adi həyat tərzidir.

Baku TV-nin əməkdaşları mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Qədim tarixi ilə məşhur olan Astaranın Sım kəndində hər evdə saf, büllur kimi təmiz bulaq suyu gəlir. Çünki bu yaşayış məskəninin ətrafında 70-ə yaxın bulaq mövcuddur.

Odur ki, kənd sakinləri bu nemətdən həm məişətdə, həm də təsərrüfatda gen-bol istifadə edirlər.

Vaxtilə həmin bulaqların suyundan dəyirmanın hərəkətə gətirilməsi üçün də istifadə olunub. Belə ki, insanlar əkdikləri buğdanı bu dəyirmanlarda üyüdərək, qış üçün azuqə toplayıblar.

Kənd həm də hündür və bol sulu şəlalələri ilə də zəngindir.

Dayanmadan axan həmin bulaqlardan səmərəli istifadə etmək üçün ərazidə lazımı infrastrukturun qurulmasına ehtiyac var. Belə olan halda bu nemətdən təkcə Sım kəndinin sakinləri deyil, bütün respublika yararlana bilər.

1