Mədəniyyət Nazirliyində işdən çıxarılanlar və vəzifəyə təyin olunanlar - SİYAHI

ÖLKƏ
15:52 / 04.09.2020
926

Son günlər Mədəniyyət Nazirliyində xeyli kadr islahatı aparılıb, keçmiş Mədəniyyət naziri Əbülfəs Qarayevin vəzifəyə təyin etdiyi bəzi şəxslər nazirlikdən uzaqlaşdırılıb. 

Mədəniyyət Nazirliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun imzaladığı əmrlərlə 10 nəfər işdən çıxarılıb, 6 nəfər isə vəzifəyə təyin edilib.

Həmin siyahını təqdim edirik:

Çıxarılanlar:

Aparat rəhbəri - Fikrət Babayev

İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi - İntiqam Hümbətov     

Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsi - Azada Hüseynova

Kinematoqrafiya şöbəsi - Cahangir Məmmədov

Nazirin müşaviri - Aydın İsmiyev

Texniki təchizat və əmlakın idarə edilməsi şöbəsi - Ruslan Abduləlimov

Texniki təchizat və əmlakın idarə edilməsi şöbəsi- Kamal Kazımov   

Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsi - Günel Aslanova     

Dövlət qulluğu və kadr məsələləri şöbəsi - Xanoğlan Güləliyev      

Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsi - Ləman Mahmudova     

Təyin edilənlər:

Nazirin müşaviri - Elnur Əliyev       

Kinematoqrafiya şöbəsi - Rüfət Həsənov    

Texniki təchizat və əmlakın idarə edilməsi şöbəsi - İlkin Nəsibov

İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi - Məryəm Qafar-Zadə     

Dövlət qulluğu və kadr məsələləri şöbəsi - Zemfira Hüseynbəyli

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini - Səadət Xələfbəyli

Qeyd edək ki, Prezident İlham Əliyevin 20 iyul tarixli sərəncamı ilə Anar Kərimov Mədəniyyət nazirinin birinci müavini təyin edilib. Dövlət başçısının digər sərəncamı ilə Mədəniyyət nazirinin vəzifələrinin müvəqqəti icrası A.Kərimova həvalə olunub. 

0