Qərar verildi: Bu şəxslərə ayda 60 manat veriləcək

ÖLKƏ
16:07 / 04.09.2020
5937

Nazirlər Kabineti “Azərbaycan İlahiyyat  İnstitutunda təhsilalanların aylıq yemək xərcinin məbləğinin və xüsusi geyim forması ilə təmin olunması normalarının təsdiq edilməsi haqqında” qərar verib.

HİT.Az-ın məlumatına görə, qərara əsasən, Azərbaycan İlahiyyat İnstitutunda bir təhsilalana verilən aylıq yemək xərci 60 manat məbləğində təsdiq edilib.

Aylıq yemək xərci bakalavriat səviyyəsində təhsilalanlara 4 ildən, magistratura səviyyəsində təhsilalanlara 2 ildən, doktorantura səviyyəsində təhsilalanlara isə 3 ildən çox olmayan müddət üzrə ödəniləcək.

Eyni zamanda “Azərbaycan İlahiyyat İnstitutunda təhsilalanların xüsusi geyim  forması  ilə  təmin  olunması  normaları”  təsdiqlənib.  Bu xərclər dövlət büdcəsində publik hüquqi şəxslər üçün nəzərdə tutulmuş vəsaitin bölgüsündə Azərbaycan İlahiyyat İnstitutuna ayrılan vəsait hesabına ödəniləcək.

6