Avtobuslarda gediş haqqı artırılır? – Tarif Şurası açıqladı

16:30 / 04.09.2020
1493

Bəzi kütləvi informasiya vasitələrində ictimai nəqliyyatda şəhərdaxili avtobus marşrutlarında sərnişindaşıma xidməti üzrə tariflərin artırılması ilə bağlı məlumatlar yayılır.

Tarif Şurasından verilən məlumata görə, şəhərdaxili ictimai nəqliyyatda sərnişindaşıma xidməti üzrə tariflərin artırılması ilə bağlı quruma müaciət edilməyib:

“Şurada hazırda bu sahədə tarif tənzimlənməsinin aparılması məsələsi müzakirə olunmur”.

Qeyd edilib ki, Tarif (qiymət) Şurasının 30 iyul 2018-ci il tarixli Qərarına əsasən, ictimai nəqliyyatda şəhərdaxili sərnişindaşıma xidməti üzrə tarif bir gediş üzrə 30 qəpik, şəhərətrafı və qəsəbələrarası sərnişindaşıma xidməti üzrə isə tariflər məsafədən asılı olaraq təsdiq edilib.

0