Bilik günü tədbir keçirilə bilər? - AÇIQLAMA

ÖLKƏ
17:15 / 04.09.2020
655

“15 sentyabrda Bilik günü ilə bağlı heç bir kütləvi tədbirin keçirilməsi nəzərdə tutulmayıb. Pandemiya şəraitində bu, mümkün deyil”. 

Bunu News24.az-a açıqlamasında Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov deyib.

Nazirliyin sözçüsü qeyd edib ki, bu il 650 mindən çox şagird ibtidai siniflərdə tədris prosesinə qoşulacaq:

“Azərbaycanda şagirdlərin 10 faizinə qədəri rus dili üzrə təhsil alır. Təxminən 1 milyon 600 min şagirddən söhbət gedir. 90 faiz şagird isə Azərbaycan dili üzrə təhsil alır”. 

1