BNA-nın işdən çıxarılmış şöbə müdirinə “BakuBus”da vəzifə verilib? — AÇIQLAMA

ÖLKƏ
10:52 / 05.09.2020
1110

Bakı Nəqliyyat Agentliyi (BNA) taksi fəaliyyətinin tənzimlənməsi ilə bağlı verdiyi qalmaqallı açıqlamaya görə bu günlərdə işdən azad edilmiş şöbə müdiri Hiikmət Babayevə, quruma məxsus "BakuBus" MMC-də vəzifə verilməsi barədə sosial şəbəkələrdə yayılmış məlumatlara münasibət bildirib. 

Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev "Report"a açıqlamasında deyib ki, bu məlumatlar həqiqətə uyğun deyil. 

“Sosial şəbəkələrdə həmin məlumatları yayanlar bunu məqsədli şəkildə edirlər, cəmiyyətdə çaşqınlıq yaratmaq niyyəti güdürlər”, - deyə o, qeyd edib. 

Xatırladaq ki, H.Babayevin televiziya kanallarından birinin efirində səsləndirdiyi “Taksiləri gündəlik nəqliyyat vasitəsinə çevirmək düzgün deyil. Buna görə müntəzəm marşrut xətləri mövcuddur” fikirləri ictimai qalmaqala səbəb olmuş və BNA-nı kəskin tənqid hədəfinə çevirmişdi. Bundan sonra o, vəzifəsindən azad edilmişdi. 

0