Deputatın şirkəti cərimə olundu

ÖLKƏ
11:40 / 05.09.2020
826

“Azərmed” Məhdud Məsuliyyətli Cəmiyyət karantin rejimi qaydalarını pozduğu üçün cərimə olunub. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə protokol tərtib olunub və cəza tədbiri görülməsi üçün iş baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib. 

Hakim Günay Cavadovanın sədrliyi ilə baş tutan iclasda MMC-nin xüsusi karantin rehimi qaydasını pozması müəyyən olunub və cərimə olunması barədə qətnamə qəbul edilib. 

İddia olunur ki, “Azərmed” MMC deputat Kamaləddin Qafarovun ailəsinə məxsusdur. 

0