Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet səhifəsinin "Eko-Radar” bölməsinə Sumqayıt şəhəri, Corat qəsəbəsinin dəniz kənarı ərazisinə tullantıların atılması ilə bağlı şikayət daxil olub.
HİT.Az-ın xəbərinə görə, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Ramal Bağırov bildirib ki, sözügedən əraziyə keçirilən baxış zamanı tullantıların əraziyə atılaraq qalaqlanması faktı təsdiqini tapıb.
"Faktla bağlı tullantıların idarə olunmasına cavabdeh Corat bələdiyyəsi barəsində protokol tərtib olunaraq hüquqi şəxs qismində 6500 manatdan 8000 manatadək cərimələnməsi üçün toplanmış sənədlər Sumqayıt şəhər Məhkəməsinə göndərilib.
Ərazinin tullantılardan təmizlənməsi və gələcəkdə belə hallara yol verilməməsi üçün bələdiyyə sədrinə məcburi göstəriş verilib.
Nazirlik tullantıların idarə olunmasına cavabdeh olan bələdiyyə və yerli icra orqanlarını tabeliklərindəki ərazilərdə tullantıların qanunvericiliyə uyğun toplanmasını və daşınmasını təşkil etməyə, sanitar və ekoloji normaların pozulmasına yol verməməyə çağırır”.