Bir müddətdir xaricə sığınan, Azərbaycan hökumətini sərt tənqid və şantaj edən Qurban Məmmədova Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və keçmiş şöbə müdiri Əli Həsənovun diktəsiylə verilən Nərimanov rayonunda yerləşən 5 mərtəbəli evinin əşyaları çıxarılıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hazırda rayonun Murtuza Nağıyev 4-6 ünvanında yerləşən obyektdə Nərimanov Rayon İcra Hakimiyyətinin əməkdaşları əşyaları çıxarıb məhəllədəki sığınaqa yerləşdirib.
Obyektin 1-ci mərtəbəsində yerləşən “Wellmax” şirkətinə məxsus avadanlıqlar və digər mərtəbələrdəki əşyalar çıxarılıb.
Ərazidə təhlükəsizliyi təmin etmək üçün polis əməkdaşları cəlb olunub.