2 avtomobil toqquşdu, kafenin hasarı uçdu

ÖLKƏ
16:01 / 05.09.2020
637

Şabran rayonun Ağalıq kəndində qəza törədən avtomobillər yol kənarındakı kafenin hasarını aşırıb, obyektin ərazisinə girib.

Hadisə Xaçmaz-Bakı yolunun Şabran rayonunun Ağalıq kəndindən keçən hissəsində qeydə alınıb.

Hadisədə “QAZel” və “Mercedes” markalı avtomobillər toqquşub və zərbədən yol kənarındakı kafenin hasarını zədələyərək onun ərazisinə daxil olublar.

Faktla bağlı araşdırma aparılır.

0
“Qafqazinfo”