İlham Əliyev “Rosneft”in direktoruna  “Dostluq” ordeni verdi

ÖLKƏ
16:21 / 05.09.2020
1189

Prezident İlham Əliyev İ.İ.Seçinin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

HİT.Az-ın məlumatına görə, Sərəncama əsasən, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əlaqələrin inkişafında xidmətlərinə görə İqor İvanoviç Seçin “Dostluq” ordeni ilə təltif edilir.

***

Prezident İlham Əliyev “Rosneft” Neft Şirkəti Publik Səhmdar Cəmiyyətinin baş icraçı direktoru, İdarə Heyətinin sədri İqor Seçinə təbrik ünvanlayıb.

HİT.Az xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli İqor İvanoviç.

Əlamətdar tarix – anadan olmağınızın 60 illiyi münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Sizin rəhbərliyinizlə “Rosneft” Neft Şirkəti böyük uğurlar qazanıb və dünya neft-qaz sahəsinin liderlərindən birinə çevrilib.

“Rosneft” Neft Şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşlığı energetika sahəsində Azərbaycan-Rusiya qarşılıqlı əlaqələrinin mühüm komponenti olmaqla Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq münasibətlərinin möhkəmlənməsinə sanballı töhfə verir.

Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar arzulayıram”.

0