“Bakı Tikiş Evi”nin (BTE) mağazaları fəaliyyətini bərpa edib, yalnız “Mall”ların daxilində olan mağazalarımız bağlıdır.
Bunu Modern.az-a “BTE”nin Satış şöbəsinin müdiri Etibar Əzimov bildirib.
Onun sözlərinə görə, anbarlarda kifayət qədər forma ehtiyatları var:
“Hazırda da məktəbli formalarının tikilişi davam etdirilir. Tərəfimizdən heç bir problem yoxdur. Mağalarımızda hər sinif üzrə məktəbli formaları satılır”.
E.Əzimov deyib ki, məktəbli formalarının qiymətində dəyişiklik yoxdur:
“2017-ci ildən etibarən qiymətlərdə hansısa dəyişiklik edilməyib. I-VI siniflər üçün nəzərdə tutulan 26-44 ölçülü məktəbli formalarının qiyməti 40 manat, yuxarı ölçülər isə 46 manat təşkil edir. “Bakı Tikiş Evində məktəbli köynəkləri də tikilir. 26-54 ölçülü bütün köynəklərin qiyməti 8 manatdır. Köynəklərin tikilməsi üçün istifadə edilən pambıq parçalar Türkiyədən gətirilir. Məktəblilər üçün nəzərdə tutulan jiletlər də ölçüsündən asılı olmayaraq 8 manata satılır. Geyimlərin keyfiyyətinə ən azı bir il zəmanət veririk”.