Əməkdar artist Qubaya getmək istədi, polislərlə dalaşdı

ÖLKƏ
11:41 / 07.09.2020
3669

Ölkə ərazisində karantin səbəbilə bir neçə aydır ki, Bakıdan digər rayonlara gediş-gəlişdə məhdudiyyətlər var.

“MediaPost”un əldə etdiyi məlumata görə, ötən günlərdə Əməkdar artist Ruhəngiz Allahverdiyeva sözügedən məhdudiyyətləri nəzərə almayaraq Qubaya yollanmaq istəyib. Lakin onun bu arzusu baş tutmayıb.

Sənətçini Bakı-Quba yolunda yerləşən postdan geri qaytarıblar. O buna etiraz edib polislərlə mübahisə yaratsa da, R.Allahverdiyevanın cəhdləri uğursuzluqla nəticələnib.

Qeyd edək ki, bundan öncə də Əməkdar artist Elnarə Abdullayeva bölgələrin birinə yollanmaq istəyib, amma geri qaytarılıb.

0