İyunun əvvələrində Bakı Metropolitenində polisin qanunu əmrinə tabe olmayan və müqavimət göstərən şəxslərdən biri – Şirzad Şirzadov basketbol üzrə Azərbaycan yığmasının üzvü olub.
“Qafqazinfo”nun məlumatına görə, o, U-20 milli komandamızda çıxış edib.
Ş.Şirzadov Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) və 221-ci (Xuliqanlıq) maddələri ilə ittiham olunub.
Onun barəsində məhkəmənin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib. Bu müddət başa çatmasına bir neçə gün qaldığı üçün istintaqın təqdimatı ilə Ş.Şirzadovun həbs müddəti uzadılıb.
Onun həbsdən azad olunmasının vəkilinin verdiiyi vəsatət Nizami Rayon Məhkəməsinin hakimi Mətanət Hacıyev tərəfindən rədd edilib. O, həbsdə qalıb.