Bu gündən etibarən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunmuş məhdudiyyətlər aradan qaldırılır.
HİT.Az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah sentyabrın 4-də qərar qəbul edib.
Yollar açılsa da, şəhərlərarası və rayonlararası sərnişindaşımaya icazə verilməyəcək.