Azərbaycanda müalicә-profilaktika müәssisәlәrindә qeydiyyatda olan onkoloji xəstələrin sayı artıb.
Azərbaycanda müalicә-profilaktika müәssisәlәrindә qeydiyyatda olan onkoloji xəstələrin (bədxassəli şişlərlə) ötənilki sayı 2018-ci ildəki 48 685 göstəricisindən 52 718-ə yüksəlib. 2017-ci ildə bu say 45 756, 2015-cı ildə 40 653, 2010-cu ildə 28 052, 2005-ci ildə 23 088 olub.
2019-cu ildə ölkədə 12 107 nəfərə ilk dәfә onkoloji diaqnoz qoyulub ki, bu say 2018-ci ildə 11 123, 2005-ci ildə 6 277 olub.
2005-ci ildə əhalinin hәr 100 000 nәfәrinin 74,9 nəfərinə ilk dәfә onkoloji diaqnoz qoyulduğu halda, 2018-ci ildə bu say artaraq 113,3-ə, 2019-cu ildə 122,2-ə yüksəlib.
Ötən il ilk dəfə onkoloji diaqnoz qoyulanların 5 807-i (2018-ci ildə 5 468) kişi, 6 300-ü (2018-ci ildə 5 655) qadın olub.
Keçən il ilk dəfə onkoloji diaqnoz qoyulanların 129-u (2018-ci ildə 103) yaşı 13-dək olan uşaqlar, 38–i (2018-ci ildə 21) 14-17 yaşlı uşaqlar, 237-i (2018-ci ildə 243) 18-29 yaşlı gənclər, 296-sı (2018-ci ildə 254) 30-34 yaşlı, 414–ü (2018-ci ildə 366) 35-39 yaşlı insanlardır.
Onkoloji diaqnoz qoyulan insanların böyük hissəsi yaşı 40-dan çox olanlardır.
Keçən il 5 361 nəfər (2018-ci ildə 44 836) 40-59 yaşlı, 5 632 nəfər (2018-ci ildə 5 300) 60 vә yuxarı yaşlı insana ilk dəfə onkoloji diaqnoz qoyulub. Ötən il onkoloji diaqnoz qoyulanların çoxuna - 2 122 nəfərə (2018-ci ildə 1 799) süd vəzisinin bədxassəli şişi diaqnozu təyin edilib.
Ötən il 1 359 (2018-ci ildə 1 341) nəfərə traxeya, bronx, ağciyərin, 1 277 (2018-ci ildə 1 211) nəfərə mədənin, 446 (2018-ci ildə 426) nəfərə qida borusunun, 205 (2018-ci ildə 201) nəfərə ağız boşluğunun və udlaq vəzinin bədxassəli şişi diaqnozu qoyulub.