"Sədərək" Ticarət Mərkəzinin rəhbəri işdən çıxarılıb? - AÇIQLAMA

ÖLKƏ
10:10 / 08.09.2020
1302

Bir sıra kütləvi informasiya vasitələrində “Sədərək” Ticarət Mərkəzinin rəhbəri Yusif Qədiməliyevin vəzifəsindən azad edilməsi ilə bağlı məlumatlar yayılıb. Həmçinin qeyd olunub ki, ötən həftənin cümə günü yeni rəhbərlik təhvil-təslim edib və yeni qaydalarını açıqlayıb. 

Belə ki, həmin gündən etibarən bazarda yalnız topdan satışla məşğul olanlar onlayn satışla məşğul ola bilərlər. Əks təqdirdə, bu qaydaları pozanlar isə 2500 manat cərimə olunacaqlar.

“MediaPost” yayılan məlumatlarla əlaqədar “Sədərək” Ticarət Mərkəzinin sözçüsü Kəmaləddin Qədimlə əlaqə saxlayıb. O bu barədə iddialara münasibət bildirmək istəmədiyini deyib.

K.Qədim ticarət mərkəzində tətbiq olunan yeni qaydalarla bağlı isə bunları deyib: “Kimin ki, icazəsi var, portalda adı varsa, onlara onlayn satışa icazə verilir. Dövlətin qayda-qanunları var. İri ticarət mərkəzləri işləmir. Biz də ona əməl edirik”.

0